DİQQƏT: Dünyanı təmin edəcək 10 həftəlik buğda ehtiyatı qalıb

Dünya İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsi ilə ərzaq təhlükəsizliyi dünyanın mühüm gündəm bəndinə çevrilib. Ölkələr istehsal etdikləri əsas ərzaq məhsullarının ixracında qoruyucu fəaliyyət göstərməyə və ixracı məhdudlaşdırmağa başladılar.

Turanxeber.az xəbər verir ki, xüsusilə dünyanın əsas taxıl ixracatçılarından olan Rusiya ilə Ukrayna arasında gedən müharibə bu məhsulların əldə edilməsini çətinləşdirib.
Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistan buğda ixracını qadağan etmək qərarına gələndə gözlər buğdaya çevrilib. Ərzaq böhranının yaxınlaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edən kənd təsərrüfatı analiz firması “Gro Intelligence”nin rəhbəri Sara Menker, dünyada 10 həftəlik istehlak üçün buğda ehtiyatının olduğunu söyləyib.
“Gro Intelligence” kənd təsərrüfatı təhlil firmasının məlumatına görə, ehtiyatlarda 10 həftə ərzində dünya istehlakını təmin edəcək qədər buğda qalıb. Bu rəqəmin 2008-ci il maliyyə böhranından bəri görülən ən aşağı səviyyə olduğu və səviyyənin gözləniləndən daha pis olduğu bildirilir.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.