Ərdoğan bu gün bütün dünyaya ELAN EDƏCƏK: NATO-ya üzvlük.

Dünya

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iclası keçiriləcək.

Turanxeber.az xəbər verir ki, iclasda Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində Ankaranın qərarı müzakirə ediləcək.

Bu həftə Finlandiya və İsveçdən nümayəndə heyəti Ankaraya səfər edəcək. İclasda bu iki ölkənin Şimal Alyansına üzvlük üçün yerinə yetirilməli olduğu tələblər haqda qərar veriləcəyi gözlənilir.

Türkiyə Finlandiya və İsveçin PKK/PYD/YPG və FETO terror təşkilatına dəstəyi dayandırmasını, terrorçuların Ankaraya təhvil verilməsini tələb edir. Bu məsələ təkcə üzv olmaq istəyən iki ölkə ilə yox, eyni zamanda ABŞ və NATO ilə də müzakirə edilir. Mediaya sızan məlumatlara görə, Türkiyənin silah embarqosunun aradan qaldırılması, F-35 proqramına yenidən daxil edilməsi, F-16-ların satışına icazə verilməsi və digər tələbləri də var.

Vaşinqton Ankara ilə “anlaşa biləcəklərini” açıqlayıb. Eyni mövqeni NATO da paylaşır. Finlandiya və İsveç isə terror təşkilatları ilə bağlı məsələlərin müzakirə ilə həll edilə biləcəyini açıqlayıb.

İsveçin baş naziri Maqdalena Andersson dünən STV dövlət televiziyasına açıqlamasında NATO-ya üzvlük məsələsində Ərdoğanla müzakirələri yüksək qiymətləndirib.

“Sülh, təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla, ikitərəfli münasibətlərimizi gücləndirməyi dörd gözlə gözləyirik”, – Andersson qeyd edib.

Onun bu açıqlaması ölkə daxilində narazılıq yaradıb. İsveç parlamentində təmsil olunan PKK-nın İran əsilli üzvü Amineh Kakabahev hökumətə verdiyi dəstəkdən imtina edib: “Bizə verilən vədlərə əməl edilməlidir. Baş verənlərdən narahatıq, əgər anlaşmaya əməl etməsələr, mən də əhəmiyyətli səsvermələrdə dəstək verməyəcəm”.

PKK-ya dəstək verən millət vəkili İsveç hökumətinə qarşı ittihamlar da irəli sürüb.

“İsveç Ərdoğanın tələblərinə boyun əyir. Anderssonun və parlamentinin mənim və bir çox “azadlıq döyüşçüsünün” (PKK terrorçuları İsveçdə belə adlandırılır – red.) Türkiyəyə təhvil verilməsi məsələsində Türkiyənin tələblərini geri çevirməmələri rəsmən qalmaqaldır”, – o iddia edib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.