TƏCİLİ! Türkiyəyə “Putin NATO-su”na gəl” təklifləri artır, bəs Ankara? – ŞOK DETALLAR ÜZƏ CIXDI

Siyasət

Rusiyalı politoloq hesab edir ki, ABŞ-ın Ankaraya çox ehtiyacı var və ona dözməli olacaq…

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulması qərarına qarşı çıxması hazırda dünya mediasının diqqətində olan məsələlərdən biridir. Rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük təkliflərini təsdiqləməzdən əvvəl onların yerinə yetirmələrini istəyəcəyi tələbdən ibarət siyahı da hazırlayıb. Tələblər mayın 23-də Türkiyəyə səfəri gözlənilən Finlandiya və İsveç diplomatları üçün hazırlanmış “Skandinaviya dosyesi” adlanan sənəddə öz əksini tapıb. ABŞ Yaxın Şərq Analitik Mərkəzinin prezidenti, Daniel Pips Ankaranın tutduğu mövqeyə görə Türkiyənin NATO-dan kənarlaşdırılmasına çağırışı bu mövzuda müzakirələri daha da qızışdırıb. “1952-ci ildən 2002-ci ilə qədər Türkiyə NATO-nun çox yaxşı müttəfiqi olub. Amma son 20 ildə Türkiyənin Alyansla münasibətləri çox pis olub, hətta bu, müttəfiqlik də deyil. Ankara Yunanıstan kimi NATO üzvlərinə düşmən siyasət aparır, Suriyanı işğal edib, Avropanı suriyalı miqrantlarla təhdid edib, Rusiyada “S-400”komleksleri alır”-Pips “TVP World”telekanalına belə deyib. Onun fikrincə, Ankaranın siyasətinə və NATO-nun genişlənməsinə dair mövqeyinə görə Türkiyə artıq alyansın bir hissəsi deyil.Rusiyada da bu proses diqqətlə izlənir. Türkiyəni NATO-dan çıxarsa, KTMT- də gözləyirlər. “Yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər. Belə halda Türkiyə ilə əməkdaşlıq haqqında düşünə bilər”. Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib. ” İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik”, – Şxaqoşev deyib. Parlamentarinin sözlərinə görə, “Ərdoğan ciddi siyasətçidir. Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər”.Mk.ru xəbər verir ki, türk tarixçi Mehmet Perincek də qoşulub. Politoloq Yevgeni Satanovski qeyd edib ki, amerikalılar kiminsə onlarla mübahisə etməsinə öyrəşməyiblər. “Ona görə də Ankaranı bölgədəki qonşularının hərbi blokuna qoşulmağa göndərmək istəyində təəccüblü heç nə yoxdur. KTMT-yə qoşulmaq təklifi Qərbin təpkilərindən, təbliğatından və insan haqları mövzusunda qınaqlarından təngə gələn Türkiyəyə də maraqlıdır ” deyə, rusiyalı politolq bildirib.Politoloq düşünür ki, fikir ayrılıqlarına baxmayaraq, Şimali Atlantika Alyansında heç kim Türkiyəni faktiki olaraq itirməyə hazır deyil: “Bundan əlavə, Türkiyənin mövqeyi Çinlə gözlənilən “baş-başa toqquşma” fonunda Amerika üçün çox vacibdir. Ona görə də ABŞ Ankaraya dözməli olacaq…”Yada salaq ki, dünən Türkiyə prezidenti Finlandiya və İçveç rəhbərliyi ilə telefonla danışıb. Son olar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. Ərdoğan qeyd edib ki, Stoltenberqlə NATO-nun açıq qapı siyasəti, Finlandiya və İsveçin üzvlük müraciətləri barədə danışıb: “Biz razıyıq ki, bütün müttəfiqlərin təhlükəsizlik narahatlıqları nəzərə alınsın və danışıqların davamı barədə həmfikirik”

Spread the love
Of Erectile dysfunction (ED) is the inability Men with prostate issues to get or an inability.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.