22.10.2021 19:51

Türkiyədə altı Rusiya casusu yaxalandı

Bu günlərdə Rusiyaya göndərilən Türkiyə pomidorlarında “hansısa zəhərli maddənin tapılması” ehtimalı var. Məsələ ondadır ki, İstanbul və Antalyada altı rus casusu ələ keçirilibdir. Onların üstündən üç ədəd pistolet tapılıb.                                 Pistoletlərdən biri lazer nişanalma, bir başqası səsboğucu ilə olub. Casusları maraqlandıran, əsasən Türkiyənin son zamanlar sürətlə inkişaf edən hərbi sənaye sahəsi və bəzi mühüm şəxslər olubdur.

Məlum olduğu kimi, Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşləri bütün problemlərin həll edilməsi ilə nəticələnməyib. Türkiyə və Rusiya prezidentləri nə qədər bir – birinin şəninə təriflər söyləsələr də, Rusiya prezidenti V. Putin öz köhnə KGB metodlarını unutmayıb. Türkiyənin obyektiv faktları qarşısında əlacsız qalan Rusiya hökumətinin, artıq hamıda gülüş və istehza doğuran, “Türkiyə pomidorlarının xəstəliyi” cavabı gözlənilir.

Bəli, təəssüf ki, Azərbaycanın cənub və şimal qonşuları öz qonşuluq siyasətlərini yalan, şərləmə və casusluq üzərində qurub.Turanxeber.az

Xəbər lenti