05.12.2021 03:41

"Eurovision 2022"də 41 ölkə iştirak edəcək

Gələn ilin may ayında Turin şəhərində keçiriləcək sayca 66-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycan da daxil olmaqla 41 ölkə iştirak edəcək.
 
 Müsabiqədə builki "Eurovision"u işıqlandırmış 39 yayım şirkətindən əlavə Monteneqro və Ermənistan yayım şirkətləri də fəaliyyət göstərəcək.
 
"Müsabiqədə yenə də 40-dan artıq yayımçının iştirak edəcəyinə çox şadıq” – deyən mahnı müsabiqəsinin icraçı direktoru Martin Österdal 200 milyona yaxın tamaşaçı olacağı güman edilən yarışmanın hazırlığı üzərində İtaliyanın "RAİ” televiziya şirkətinin çalışdığını diqqətə çatdırıb.
 
Qeyd edək ki, 2022-ci il müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10-u və 12-də, finalı isə 14-də keçiriləcək.

 

 

Xəbər lenti