22.10.2021 20:11

Azərbaycanda qaya uçdu, yol bağlandı

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
 
 
Məlumatda deyilir ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.
 
Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.  Turanxeber.az

 

Xəbər lenti