05.12.2021 03:46

Şəhid Anar Əmirov

Anar Əmirov 29 dekabr 2000-ci ildə Sabirabad rayonunun Bulaqlı kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar Sabirabad rayon Şəhriyar qəsəbəsində 12 saylı Cəbrayıl tam orta məktəbində təhsil almışdır.
Hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 20-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Füzuli rayonunun Qazaxlar kəndində dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Turanxeber.az Güllər Amin

Xəbər lenti