22.10.2021 20:29

"Taliban" rəsmiləri bu gün Türkiyəyə gəlir

Bu gün "Taliban” rəsmiləri Türkiyəyə səfər edəcək.
 
 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvətiylə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəkinin başçılıq etdiyi "Taliban” heyəti ilə görüş Ankarada baş tutacaq.
 
Məlumata görə, görüşdə Kabil Hava Limanının fəaliyyəti də daxil olmaqla, bir çox məsələlər müzakirə ediləcək. Həmçinin, humanitar yardım, immiqrasiya problemləri və iki ölkə arasındakı ticarət mövzularının da masaya yatırılacağı gözlənilir.
 
Qeyd edək ki, bundan əvvəl, sözügedən heyət Avropa İttifaqı və ABŞ rəsmiləri ilə Qətərin paytaxtı Dohada bir araya gəlmişdi.  Turanxeber.az

 

Xəbər lenti