22.10.2021 20:05

İmran Xan ABŞ-ı "Taliban"ın hakimiyyətini tanımağa çağırdı

"ABŞ-ın sabitliyi dəstəkləməyə səy göstərmək üçün Əfqanıstandakı hökuməti tanımaqdan başqa yolu yoxdur”.
 
 Pakistanın Baş naziri İmran Xan "Middle East”ə müsahibəsində bildirib.
 
"Dünya Əfqanıstanla əməkdaşlıq etməlidir. Əgər "Taliban” sıxışdırılsa, o halda onun daxilindən ekstremistlər çıxa bilər. Bu da tamamilə mümkündür. Onlar "Taliban”ı 2000-ci ilə qaytarsalar, bu, faciə olacaq”, - o vurğulayıb.
 
İ.Xan bildirib ki, Əfqanıstan əhalisinin yarısı yoxsulluqdan da aşağı şəraitdə yaşayır: "Onun dövlət büdcəsinin 75 faizi xarici yardımların hesabına formalaşır. "Taliban”a qarşı embarqonun tətbiqi humanitar fəlakətə səbəb ola bilər”.
 
Qeyd edək ki, "Taliban” ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar siyahısındadır. Bu isə onlara ABŞ banklarındakı 10 milyard dollardan istifadəyə imkan vermir.
 
"Beynəlxalq ictimaiyyət Əfqanıstanı elə tərk edər ki, bu, ölkəni 1989-cu ilə qaytarar. Onda SSRİ və ABŞ Əfqanıstanda xaos yarandı. 200 000 əfqanıstanlı bu xaos nəticəsində öldü”, - İ.Xan bildirib.
 
Pakistanın Baş naziri "Taliban”ın qurduğu müvəqqəti hökumətdən də danışıb: "Onlar düzgün çıxış ediblər. Başqa yolları da yoxdur. "Taliban”a vaxt vermək lazımdır. Ən yaxşısı onların yanında olub öhdəlikləri yerinə yetirməsini tələb etməkdir”.  Turanxeber.az

Xəbər lenti