22.10.2021 20:52

Çempionlar Turu: Teymur Rəcəbov qələbə qazandı

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun görüşləri keçirilir.
 Azərbaycan şahmatçılarından Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.
 
Şəhriyar Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlir. 4 partiyadan sonra hesab 2:2 olduğundan tay-brek oynanılacaq.  Turanxeber.az

 

 

Xəbər lenti