22.10.2021 21:05

"Azərbaycandakı dini mühitə xaricdən çox ciddi təsirlər var" - Deputatdan QMİ ilə bağlı VACİB TƏKLİF

Bir müddətdir İranın Azərbaycana qarşı açıq təhdidləri və din xadimlərimizin bu məsələyə mövqe bildirməməsi cəmiyyətdə haqlı narazılığa səbəb olub. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) öz funkisyasını yerinə yetirə bilmədiyini düşünənlər də var. Hətta bu qurumun ləğv edilməsinə dair təkliflər də səsləndiririlir.

Verilən  suallarını Milli Məclisin deputatı Ceyhun Məmmədov cavablandırb. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin birdəfəlik ləğv olunması fikri ilə razı deyil: 

“Bu yanlış yanaşmadır. Lakin hesab edirəm ki, idarənin fəaliyyətində ciddi islahatlar aparılmalı və təkmilləşdirilməlidir. İslahatlar aparılmalıdır ki, bu idarə öz fəaliyyətini müasir formada, günün tələblərinə uyğun qura bilsin. Bu gün Azərbaycan dindarlarının böyük qismi dini bilgiləri xaricdən mənimsəyir. Azərbaycandakı dini mühitə xaricdən çox ciddi təsirlər var. Biz bu məsələni təhlil etməli və xarici təsirləri minimuma endirməliyik. Yeni yanaşmalar, müasir baxış olmalıdır. Din xadimləri bu məsələdə daha aktiv olmalıdır. Vətən müharibəsindən sonra yeni reallıqlar yaranıb. Biz yeni reallıqlar haqda mütləq düşünməli və təhlil etməliyik. Elə etməliyik ki, gələcəkdə ciddi problemlər yaşanmasın".

Deputat qeyd edib ki, idarənin müəyyən səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilə bilər:

"Hesab edirəm ki, din xadimlərinin təyinatı işinə bu qurum baxmalıdır. Bir sıra vacib məsələlərə komitə özü nəzarət etməli və vacib qərarları qəbul etməlidir. Lakin digər ölkələrdə də belə dini idarələr var. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi saxlanılmalıdır. Gürcüstanda, Rusiyada, Ermənistanda kilsələr fəaliyyət göstərir, dini liderlər var. Bəzən Gücüstanın, Ermənistanın yaxud digər ölkənin dini liderləri ilə görüşlər keçirilir. Bu qurum ləğv edilsə, həmin görüşlərə kimi göndərə bilərik?"  Turanxeber.az

Xəbər lenti