22.10.2021 20:48

Təhsil Nazirliyi: “Bu dərs ili 14 iyunda deyil, 31 mayda yekunlaşacaq”

Hazırki tədris ilində dərslər mayın 31-də başa catacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin dərs ili ilə bağlı dəyişikliyi nəzərdə tutan qərarı dərs ili başlandıqdan sonra qəbul etməsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarındakı dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. 

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər bu cür olacaq: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər. 

İndiyə qədər ümumtəhsil məktəbində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatırdı.

 

TuranXeber.az Facebook-da

TURANXƏBƏR.AZ TV

VİDEO-REPORTAJ

Xəbər lenti