22.10.2021 19:34

`Azərbaycana peşəkarlar lazımdır` - Təhsil naziri


“Qarşılaşdığımız iqtisadi çətinliklər şəraitində Azərbaycan iqtisadiyyatına bilikli, kreativ düşüncəli və qoloballaşan dünyada biznes mühitini yaxşı bilən peşəkarlar lazımdır”.

 


Reportyor.tv xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbirdə deyib.

 


Nazir çıxışı zamanı qeyd edib: “Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək məhsul yaradan insan resursları müəyyən edir. Bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobal prosesdir. Eyni zamanda, təhsildə elmi potensialın qorunub saxlanılması və eləcə də gənc elmi pedaqoji kadrların hazırlanması ön öndə duran məsələlərdən biridir.

 


İnanıram ki, xaricdə təhsil alan gənc mütəxəssislərin elmi pedaqoji fəaliyyətə cəlb edilməsi, təhsildəki problemlərin həllinə əsaslı surətdə kömək edəcək".

 


M.Cabbarov çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Mən bütün təhsil ictimaiyyəti adından cənab Prezidenti təbrik edirəm. Hesab edirəm ki, bizim ölkə başçısı üçün edə biləcəyimiz ən böyük töhvə öz işimizə vicdan və peşəkarlıqla yanaşmağımızdır".

TuranXeber.az Facebook-da

TURANXƏBƏR.AZ TV

VİDEO-REPORTAJ

Xəbər lenti