22.10.2021 20:12

Bakıda azyaşlı qızlar fahişəlik edir? - YENİLƏNİB - RƏSMİ - VİDEO

Sosial şəbəkələrdə Nəsimi rayonunda azyaşlı qızların fahişəliklə məşğul olmasına dair paylaşımlarla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bakının Nəsimi rayonu ərazisində çayxana adı altında gənc qızları əxlaqsızlığa cəlb edirlər.

BAKU.WS xəbər verir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən çay evlərində çalışan azyaşlı qızların əks olunduğu görüntülər yayımlanıb.

Görüntüləri yayan bloger Jam Quliyevin sözlərinə görə, bu obyektlərdə işləyən qızların çoxu azyaşlıdır və burada əxlaqsızlıq təbliğ edilir.

O, daha sonra yayımladığı digər bir görüntüdə Daxili İşlər Nazirliyinin həmin ərazidə əməliyyat keçirdiyini və ümumilikdə 30-dan çox insanın saxlanıldığını bildirib.


Turanxeber.az

TuranXeber.az Facebook-da

TURANXƏBƏR.AZ TV

VİDEO-REPORTAJ

Xəbər lenti