22.10.2021 19:22

44 günlük Zəfər yolunun 7-ci günü - VİDEO

2020-ci il oktyabrın üçü. Şəhidlərimizin və qazilərimizin qanı, canı bahasına qazandığımız müharibənin 7-ci günü.

"Turanxeber.az" Baku TV-yə istinadən xəbər verir ki, Suqovuşanda Azərbaycan bayrağı qaldırılır. Yerin tarixi adı da bərpa edilir. Məhz bundan sonra kənd Madagiz yox, Suqovuşan adlandırılır.

Suqovuşanın azad edilməsi Azərbaycan ordusunun əks-hücum əməliyyatlarını daha da genişləndirilməsinə imkan yaradır.

Haqq savaşımızın 7-ci günündə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi yolunda yeni tarix yazır.

Qəhrəman hərbçilərimiz Tərtər rayonunun iki, Füzuli rayonunun bir, Cəbrayıl rayonunun isə beş kəndini düşmən tapdağından azad edir. 

 

TuranXeber.az Facebook-da

TURANXƏBƏR.AZ TV

VİDEO-REPORTAJ

Xəbər lenti