22.10.2021 20:55

Atalar ağlamır.. Atalar çarəsiz qalır

Oturub sakitcə dənizə baxırdım. Baxdım bir dayı sahilə yaxınlaşır, həm də geyimdə. Nədənsə içimdə narahatçılıq yarandı..
Bəlkə alışmışıq insanları çimərlik paltarında görməyə , bəlkə də daynın beli bükülmüş, qəmgin halı məni tədirgin etdi ..
Dayı dənizə doğru getdikcə özümdən asılı olmayaraq ayağa qalxdım. Çünki elə əynindəki paltar ilə,ayaqqabı ilə dənizə girməyə hazırlaşırdı.
Bu da mənə normal gəlmirdi.
Aramızdakı məsafə çox uzaq olduğundan addımlarımı sürətləndirməyə başladım. Dayı artıq dənizdə idi..
Həm də üzməyi o qədər də yaxşı bacarmadığım üçün ətrafa, arxaya baxırdım ki, köməyə kimsəni çağırım.
Mən dənizə çatanda dayı artıq boğazına kimi suyun içində idi.
Birdən mənə sarı dönərək əli ilə gəlmə dedi və mənə tərəf gəlməyə başladı..
Gəldi oturdu sahildə, mən də oturdum yanında.
Heç nə danışmadıq bir xeyli..
Sonra sakitcə dönüb mənə dedi ki..
Qızım narahat olma, mən 2 ildir bura Oğlumu ziyarətə gəlirəm <!-- Social Share Buttons | Powered by <a href=Agenzia Web -->

Xəbər lenti